Tam versiya
Ana səhifə XƏBƏRLƏR Bəzi rayonlarda leysan yağıb, şimşək çaxıb
XƏBƏRLƏR

Bəzi rayonlarda leysan yağıb, şimşək çaxıb


Bu saatara olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 17-si axşam saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən Eologiya.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Gədəbəydə 6, Göygöl, Qusar, Daşkəsən, Ağstafa, Naftalan və Goranboyda 2 mm-dək qeydə alınıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Aran rayonlarında 39, dağlıq rayonlarda 28, Naxçıvan MR-da isə 41° dərəcəyədək isti qeydə alınıb.

Paylaş:
Tam mətni oxu →