Güclü küləyin zərər vurduğu binaların dam örtükləri bərpa olunur
Son günlərdə müşahidə olunan güclü külək Culfa şəhərində bir sıra yaşayış binalarının dam örtüklərinə zərər vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məsələ ilə bağlı dərhal müvafiq qurumlar tərəfindən əraziyə baxış keçirilib və dəyən ziyanın aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməyə başlanılıb.
Hazırda Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və aidiyyəti strukturların iştirakı ilə zərər görmüş binaların dam örtüklərinin bərpası həyata keçirilir.
Paylaş:
Tam mətni oxu →