Tam versiya
Ana səhifə XƏBƏRLƏR Zaqatalada açıq ərazidə yanğın olub - FOTO
XƏBƏRLƏR

Zaqatalada açıq ərazidə yanğın olub - FOTO


Zaqatala şəhəri ərazisində yanğın olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında Zaqatala şəhəri Əhməd Mahmudov küçəsində kol-kos, xırda ağaclıq olan ərazidə yanğın baş verib.

Yanğın genişlənərək yaxınlıqdakı evlərə və obyektlərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində 300 kv/m sahədə kol-kos, xırda ağaclar və məişət tullantıları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.

Paylaş:
Tam mətni oxu →