Ana səhifə›
XƏBƏRLƏR
›
Rusiya-Azərbaycan sərhədi yaxınlığındakı dəmir yolu stansiyası 2030-cu ilədək tikiləcək
XƏBƏRLƏR
Rusiya-Azərbaycan sərhədi yaxınlığındakı dəmir yolu stansiyası 2030-cu ilədək tikiləcək
Ekologiya
AMP
Rusiya-Azərbaycan sərhədi yaxınlığında "Samur-II" dəmir yolu stansiyasının tikintisinin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır.“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Dağıstan hökumətinin sədr müavini Rizvan Qazimaqomedov məlumat verib."Avtomobil keçid məntəqəsinin yerləşdiyi Azərbaycanla sərhədə yaxın ərazidə "Samur-II" tikiləcək. Onun 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır. Bu, sərhəd dəmir yolu qovşağı olacaq", - o bildirib.Qazimaqomedov əlavə edib ki, Dağıstanda Şimali Qafqaz Dəmir Yolu poliqonunun Dərbənd-Samur-Azərbaycanla dövlət sərhədi hissəsinin alternativ cərəyan dartma sisteminə çevrilməsi 2028-ci ildə planlaşdırılır."Yarımstansiyalar dəyişdiriləcək, artıq işlər gedir. 2028-ci ildə başa çatdırılacaq”, - Qazimaqomedov bildirib.“Rusiya Dəmir Yolları” QSC Rusiya-Azərbaycan sərhədi yaxınlığında yeni “Samur-II” dəmir yolu stansiyası tikməyi planlaşdırır. Bu, gələcəkdə “Şimal-Cənub” İTC-nin Rusiya hissəsinin ötürücülük qabiliyyətini ildə 15 milyon tona çatdıracaq. Yeni "Samur-II" stansiyasında zəruri dəmir yolu infrastrukturunun yaradılması üçün maliyyələşdirmənin həcmi 13,7 milyard rubl təşkil edir, tikintinin başa çatdırılması əvvəllər 2027-ci ilə planlaşdırılırdı.Dərbənd-Samur hissəsinin dəyişən cərəyana keçirilməsi üzrə tikinti işlərinin icrası “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Balacarı-Yalama hissəsində aparılan işlərlə sinxronlaşdırılır. Layihənin maliyyələşdirilməsinin ümumi məbləği 10,4 milyard rubl (131,065 milyon dollar) təşkil edir.