Tam versiya
Ana səhifə XƏBƏRLƏR Araz çayında suyun səviyyəsi 1 metr azalıb
XƏBƏRLƏR

Araz çayında suyun səviyyəsi 1 metr azalıb


Araz çayının İmişlidən keçən hissəsində suyun səviyyəsi 1 metr azalıb.

Ekologiya.az xəbər verir ki, son bir ayda çayda suyun səviyyəsi sürətlə aşağı düşməyə başlayıb. Vəziyyətin belə olması yerli sakinlər arasında narahatlığına səbəb olub.

Suyun azalması nəticəsində sahilboyu quraşdırılmış su nasoslarının tam gücü ilə işləməsində çətinliklər meydana gəlib.

Mütəxəssislərin sözlərinə görə, çayda bu cür enmələr əkin sahələrinin suvarılmasında çətinliklər yarada bilər.

Paylaş:
Tam mətni oxu →