Tam versiya
Ana səhifə XƏBƏRLƏR İsti hava şəraiti bu tarixədək davam edəcək
XƏBƏRLƏR

İsti hava şəraiti bu tarixədək davam edəcək


Həftə sonunadək Azərbaycanda isti hava şəraitinin davam edəcək.

Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, avqustun 2-3-də 40 dərəcəyə yaxın, dağlıq rayonlarda 29-34, Mərkəzi aran, eyni zamanda Naxçıvan MR-da isə 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı gözlənilir.

Abşeron yarımadasında, o cümlədən Sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin olmasına səbəb olacaq.

Paylaş:
Tam mətni oxu →