Tam versiya
Ana səhifə XƏBƏRLƏR Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb
XƏBƏRLƏR

Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Laçın rayonunun Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində dağlıq ərazidə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Paylaş:
Tam mətni oxu →