Ekologiya və Təbii Sərvətlər Nazirliyi: İctimai dinləmə keçiriləcək - BİLDİRİŞ
İctimai dinləmə keçiriləcək
Ekologiya.az bildirir ki, işğaldan azad edilmiş ərazilərdə - Ağdam, Tərtər, Xocalı, Kəlbəcər, Laçın, Qubadlı və Cəbrayıl rayonlarında inşası nəzərdə tutulmuş bərk məişət tullantıları poliqonları, Füzuli və Zəngilan rayonlarında isə ötürücü məntəqələr üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən ictimai dinləmə keçiriləcək.