Tam versiya
Ana səhifə XƏBƏRLƏR Tərtərdə silahla insident törədən şəxs həbs edilib
XƏBƏRLƏR

Tərtərdə silahla insident törədən şəxs həbs edilib


Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

DİN-in Mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, 1990-cı il təvəllüdlü, 2-ci Qarabağ müharibəsi qazisi Beyrək Quliyev həmkəndlisi, 1992-ci il təvəllüdlü şəxsə qarşı şəxsi münasibətlər zəminində AK-74 markalı avtomat silahdan atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həmin şəxsə məxsus VAZ-21014 markalı avtomobilə zərər dəyib.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən B.Quliyev saxlanılıb, ondan AK-74 markalı avtomat silah götürülüb. Fakta görə cinayət işi başlanıb, əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum olunan B.Quliyev həbs edilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Paylaş:
Tam mətni oxu →