• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bəzi dağlıq ərazilərdə yağış yağıb, Şahdağa dolu düşüb

    08

    avq

    Bəzi dağlıq ərazilərdə yağış yağıb, Şahdağa dolu düşüb

    Milli Hidrometeorologiya Xidmətinin avqustun 8-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Daşkəsən, Qusar, Qrız (Quba) və Şahdağda 1-8 millimetrədək olub.

    Xidmətdən Ekologiya.az-a verilən məlumata görə, avqustun 7-də saat 16:38-16:46 radələrində Şahdağa diametri 4 millimetr olan dolu düşüb. Həmin gün havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, dağlıq rayonlarda 30, Aran rayonlarında, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında 41 dərəcəyədək isti qeydə alınıb.

    Tarix : 8-08-2025, 10:50 | Oxunub: 1 904