Tam versiya
Ana səhifə XƏBƏRLƏR DİN: 58 kiloqrama yaxın narkotik vasitə götürülüb
XƏBƏRLƏR

DİN: 58 kiloqrama yaxın narkotik vasitə götürülüb


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 8-də ümumi çəkisi 57,5 kiloqramdan artıq narkotik vasitə, kultivasiya yolu ilə yetişdirilmiş 10 çətənə kolu götürülüb, yabanı halda bitmiş 1 tona yaxın 1952 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

Paylaş:
Tam mətni oxu →