Tam versiya
Ana səhifə XƏBƏRLƏR Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinatlar olub
XƏBƏRLƏR

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinatlar olub


Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yeni təyinatlar olub.

ETSN-in mətbuat katibi İradə İbrahimova "Report"a bildirib ki, Ramik Əşrəfov Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinə təyin edilib. R.Əşrəfov bu təyinatadək “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışıb.

O, ixtisasca meşə təsərrüfatı mühəndisidir, Voronej Meşə Texnologiyası İnstitutunda meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsil alıb. 1988-ci ildən bu günədək meşə təsərrüfatı və ekologiya sahəsində müxtəlif vəzifələrdə çalışıb.

Nazirlik sözçüsü “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsinə də yeni təyinat olduğunu qeyd edib:

"Bu vəzifə ASC-nin sədr müavini işləyən Cavid Abdullayevə həvalə olunub. C.Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləyib. 2022-ci ildən bugünədək ASC- də sədr müavini olub".

Paylaş:
Tam mətni oxu →