Tam versiya
Ana səhifə XƏBƏRLƏR Ağdamda yanğına səbəb olan şəxs saxlanılıb
XƏBƏRLƏR

Ağdamda yanğına səbəb olan şəxs saxlanılıb


Avqustun 18-də Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən 6 hektar biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Ekologiya.az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğını kənd sakini, 28 yaşlı Sənan Əmirovun törətdiyi məlum olub.

O saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Paylaş:
Tam mətni oxu →