Tam versiya
Ana səhifə XƏBƏRLƏR Gəncədə idarəetmədən çıxan avtomobil aptekə çırpılıb
XƏBƏRLƏR

Gəncədə idarəetmədən çıxan avtomobil aptekə çırpılıb


Gəncədə idarəetmədən çıxan avtomobil aptekə çırpılıb, xəsarət alanlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, Nizami Gəncəvi prospektində iki avtomobilin toqquşmasından sonra nəqliyyat vasitələrindən biri idarəetmədən çıxaraq yol kənarındakı aptekə çırpılıb.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü Ə. Məmmədli, 1992-ci il təvəllüdlü A. Məmmədova, 2004-cü il təvəllüdlü G. Məmmədova və bir azyaşlı xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →