Tam versiya
Ana səhifə XƏBƏRLƏR Su təchizatı və kanalizasiya sisteminə qoşulma qayda və şərtlərində müvafiq qaydalar yenilənəcək
XƏBƏRLƏR

Su təchizatı və kanalizasiya sisteminə qoşulma qayda və şərtlərində müvafiq qaydalar yenilənəcək


“Su təchizatı və tullantı suları haqqında” Qanuna dəyişiklik edilir.


AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.


Qanun layihəsi Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (su təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nə uyğun olaraq hazırlanıb və tikinti obyektlərinin su təchizatı və kanalizasiya sisteminə qoşulması mexanizminin (o cümlədən qoşulma üçün müraciət, qoşulma ödənişi, su təchizatı sisteminin genişləndirilməsi və sair) təkmilləşdirilməsini nəzərdə tutur.


Belə ki, qanun layihəsinə əsasən: tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasının hüquqi əsasları (hazırda bu məsələlər hökumətin qərarları ilə tənzimlənir) bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdiriləcək; təklif olunan qoşulma qaydaları mövcud istehlakçıların hüquqlarının qorunması və keyfiyyətli su təchizatı xidmətinin göstərilməsi üçün sistemin fəaliyyətinin dayanıqlığının artırılmasını və yüksəldilməsini də ehtiva edir; sahibkarlıq subyektlərinin su təchizatı və kanalizasiya sisteminə qoşulması daha da optimallaşacaq; vətəndaşlar və digər istehlakçılarla xidmət qurumlarının münasibətlərində şəffaflıq artacaq, həmçinin tariflərin və qoşulma tələblərinin şəffaflığı təmin ediləcək; təklif olunan qoşulma qaydaları qoşulma ilə bağlı münasibətlərin tikintiyə icazə, eləcə də tikintinin istismarına icazə çərçivəsində tənzimlənməsini nəzərdə tutur; qanun qəbul edildikdən sonra su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtlərini müəyyən edən müvafiq qaydalar yenilənəcək.

Paylaş:
Tam mətni oxu →