Tam versiya
Ana səhifə XƏBƏRLƏR Bakıda zəncirvari QƏZA: 2 "KamAZ" və dörd minik maşını toqquşdu - FOTO
XƏBƏRLƏR

Bakıda zəncirvari QƏZA: 2 "KamAZ" və dörd minik maşını toqquşdu - FOTO


Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə gecə saatlarında 3-cü mikrorayon bazarının qarşısında qeydə alınıb.

İlkin məlumata görə, iki "KamAZ" markalı yük avtomobili ilə dörd minik maşını toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib, yolda hərəkət məhdudlaşıb.

Hadisə şahidlərinin sözlərinə görə, yolun üzərinə yağ töküldüyündən avtomobillərin idarəetməni itirməsi qəzanın baş verməsinə səbəb olub. /Oxu.Az




Paylaş:
Tam mətni oxu →