Tam versiya
Ana səhifə XƏBƏRLƏR Füzulidə açıq sahədə baş verən yanğın söndürülüb
XƏBƏRLƏR

Füzulidə açıq sahədə baş verən yanğın söndürülüb


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Füzuli rayonunun Alxanlı kəndində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Hadisə nəticəsində 60 hektar sahədə biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Paylaş:
Tam mətni oxu →