Tam versiya
Ana səhifə XƏBƏRLƏR Ağdərədə yanğın törədən şəxslər saxlanılıblar
XƏBƏRLƏR

Ağdərədə yanğın törədən şəxslər saxlanılıblar


Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

DİN-in mətbuat xidmətinin regional qrupundan Ekologiya.az-a bildirilib ki, qaynaq işləri apararkən ehtiyatsızlıqdan əməli törədən şəxslər - 56 yaşlı Elçin Bağırov, 38 yaşlı Xəyyam Ağayev və 27 yaşlı Asif Qəhrəmanov saxlanılıblar.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Paylaş:
Tam mətni oxu →