Bakı Su Həftəsi” keçiriləcək - VIDEO
“Baku Water Week”in təşkil olunduğu üç gün ərzində Bakı Ekspo Mərkəzinin foyesində “Zabuxçay su anbarı” – Azad Qarabağın ilk su anbarı, eləcə də “Şiber” su çarxının maketləri nümayiş olunacaq. Bununla yanaşı 1 nömrəli pavilyonda “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin üzvlərinin “Baku Water Week 2025” fərqlilərin fırçasında adlı rəsm əsərləri sərgilənəcək.
Tədbirin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) da layihəyə dəstək göstərir.
“Bakı Su Həftəsi”nin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” çıxış edir.
2025-ci ilin payız sərgilərinin rəsmi otel tərəfdaşları “Absheron Hotel Group”, “Hilton Baku”, “Radisson Hotel Baku”, “Hilton Garden Inn Baku”, "Ibis Baku City", florist tərəfdaşları "Gloria Flowers" və “Buketeria”, səyahət tərəfdaşı “Greenwich Travel Club” şirkəti, eləcə də digər rəsmi tərəfdaşları qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services” şirkətləridir.
“Baku Water Week” haqqında ətraflı məlumatı www.bakuwaterweek.az rəsmi internet səhifəsindən əldə etmək mümkündür.