Tam versiya
Ana səhifə XƏBƏRLƏR İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək
XƏBƏRLƏR

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək


İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 15-19 sentyabr tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Ekologiya.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırır.

Paylaş:
Tam mətni oxu →