Tam versiya
Ana səhifə XƏBƏRLƏR Qusarın Laza kəndində yolu sel suları basıb
XƏBƏRLƏR

Qusarın Laza kəndində yolu sel suları basıb


Qusarın Laza kəndində yolu sel suları basıb.

Kənd sakinləri AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, güclü yağışlar nəticəsində sentyabrın 22-si səhər saatlarında Laza kəndinin yuxarı hissəsində yerləşən şəlalələrdən birindən daş-palçıq qarışıqlı sel suları axıb. Sel suları kənd ərazisində piyada körpüsünü və yolu basıb. Evlərə və istirahət məkanlarına ziyan dəyməyib.

Əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub və fəsadlar qısa müddətdə aradan qaldırılıb.

Qeyd edək ki, Azərbaycanın şəlalələr diyarı adlandırılan Laza kəndi əcnəbi və yerli turistlər arasında məşhurdur.

Paylaş:
Tam mətni oxu →