Tam versiya
Ana səhifə XƏBƏRLƏR Kəndi 2 yerə bölən ÇAY DAŞDI, giriş-çıxış BAĞLANDI - Leysan regionlarda həyatı iflic etdi - VİDEO
XƏBƏRLƏR

Kəndi 2 yerə bölən ÇAY DAŞDI, giriş-çıxış BAĞLANDI - Leysan regionlarda həyatı iflic etdi - VİDEO


Qusarın Laza kəndində yolu sel suları basıb.

Kənd sakinləri bildiriblər ki, güclü yağışlar nəticəsində sentyabrın 22-si səhər saatlarında Laza kəndinin yuxarı hissəsində yerləşən şəlalələrdən birindən daş-palçıq qarışıqlı sel suları axıb. Sel suları kənd ərazisində piyada körpüsünü və yolu basıb. Evlərə və istirahət məkanlarına ziyan dəyməyib.

Əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub və fəsadlar qısa müddətdə aradan qaldırılıb.

Qeyd edək ki, Azərbaycanın şəlalələr diyarı adlandırılan Laza kəndi əcnəbi və yerli turistlər arasında məşhurdur.



Paylaş:
Tam mətni oxu →