Tam versiya
Ana səhifə XƏBƏRLƏR DİN üç nəfərin ölməsi ilə bağlı yayılan qəza xəbərini təkzib edib
XƏBƏRLƏR

DİN üç nəfərin ölməsi ilə bağlı yayılan qəza xəbərini təkzib edib


Bakıda yol qəzasında üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır.

Ekologiya.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, bu gün saat 21:30 radələrində paytaxtın Səbail rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb

Belə ki, "Hyundai" markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "Opel" markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →