Tam versiya
Ana səhifə XƏBƏRLƏR Bu gün ölkə ərazisində 12-17 dərəcə isti olacaq
XƏBƏRLƏR

Bu gün ölkə ərazisində 12-17 dərəcə isti olacaq


Azərbaycanda yanvarın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya XidmətindənEkologiya.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 4-8°, gündüz 12-17° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 12-17° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-8° isti olacaq.

Paylaş:
Tam mətni oxu →