BDYPİ-dən küləkli hava ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə Ekologiya.az-ə BDYPİ-dən məlumat verilib.
Bildiirlib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin müxtəlif bölgələrində güclü külək əsəcəyi proqnozlaşdırılır. Belə hava şəraiti nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirə, küləyin təsiri ilə avtomobilin hərəkət trayektoriyasına nəzarəti zəiflədə və xüsusilə qoşqulu yük nəqliyyat vasitələrinin idarə olunmasında təhlükə yarada bilər.
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişməsi ilə əlaqədar bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırıb:.
"Sürücülərə hava və yol şəraitinə uyğun sürət rejimini seçmək, ara məsafəsini qorumaq, ötmə və manevr zamanı ehtiyatlı olmaq, həmçinin avtomobillərin şinlərinin təzyiqini və texniki vəziyyətini əvvəlcədən yoxlamaq tövsiyə olunur.