Tam versiya
Ana səhifə XƏBƏRLƏR Lemmon kometasının Yerə yaxınlaşması açıq şəkildə görünəcək
XƏBƏRLƏR

Lemmon kometasının Yerə yaxınlaşması açıq şəkildə görünəcək


Parlaq Lemmon kometasının Yerə yaxınlaşması bu günlərdə aydın şəkildə müşahidə edilə biləcək.

Ekologiya.az xəbər verir ki, buna səbəb Ayın işığının səmanı “parlaqlaşdırmaması”dır ki, bu da kometanın görünməsini asanlaşdırır.

Rusiya Elmlər Akademiyasının Sibir bölməsinə bağlı Günəş-Yer Fizikası İnstitutunun aparıcı elmi əməkdaşı Sergey Yazev TASS-a açıqlamasında bildirib ki, kometanı artıq bu günlərdə axşam saatlarında Rusiya ərazisinin bütün bölgələrindən müşahidə etmək mümkündür.

Alimlərin sözlərinə görə, Lemmon kometası yaxın günlərdə Yerə ən yaxın məsafədən keçəcək və bu müddət ərzində adi teleskop və ya durbinlərlə daha parlaq və aydın görünəcək. 

Paylaş:
Tam mətni oxu →