• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Olimpiya yarışları timsahlarla dolu çayda keçiriləcək

    23

    okt

    Olimpiya yarışları timsahlarla dolu çayda keçiriləcək

    2032-ci ildə Brisben şəhərində keçiriləcək Yay Olimpiadasının təşkilat komitəsi Kayak və Kanoe yarışlarının Kvinzlend ştatındakı Fitzroy çayında keçirilməsini təsdiqləyib. Qeyd edək ki, çay timsahlarla doludur.

    Musavat.com xəbər verir ki, bu qərar artıq beynəlxalq idman federasiyaları tərəfindən narazılıqla qarşılanıb.

    Avstraliya Qayıqçılar Assosiyasının direktoru Sara Kuk bildirib ki, Fitzroy çayı beynəlxalq standartlara uyğun deyil, çünki orada çoxsaylı axar sular və təhlükəli yırtıcılar mövcuddur.

    “Timsahlar xarici idmançıları qorxuda bilər”, - deyə Sara Kuk etiraf edib.

    Buna baxmayaraq, Avstraliyalı idmançılar görünür ki, belə təhlükəli şəraitə artıq öyrəşiblər.

    Tarix : 23-10-2025, 15:45 | Oxunub: 1 952