Tam versiya
Ana səhifə XƏBƏRLƏR Azərbaycanda yenidən zəlzələ oldu
XƏBƏRLƏR

Azərbaycanda yenidən zəlzələ oldu


İsmayıllı stansiyasından 21 kilometr şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Ekologiya.az-a verilən məlumata əsasən, yerli vaxtla saat 02.50-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.

Yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib, zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, ötən gün yerli vaxtla saat 18:03-də də İsmayıllıda zəlzələ baş vermişdi.

Paylaş:
Tam mətni oxu →