XƏBƏRLƏR
Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.Ekologiya.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.İlkin məlumata görə, TIR-da qaynaq işləri aparılarkən ehtiyatsızlıqdan yük maşınının çəni partlayıb.Hadisə nəticəsində rayonun Şorsulu kənd sakinləri, 1983-cü il təvəllüdlü Əliyev Paşa Cabbar oğlu və onun oğlu 2009-cu il təvəllüdlü Əlizadə Qismət Paşa oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.Yanıq xəsarətləri alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.Xəstəxanada ilkin tibbi yardım alan Q.Əlizadə Bakı xəstəxanalarından birinə göndərilib.Faktla bağlı araşdırma aparılır.
Paylaş:
Tam mətni oxu →