Tam versiya
Ana səhifə XƏBƏRLƏR SOCAR "Ai-92" və "Ai-95" markalı benzinlərlə bağlı açıqlama yaydı - NƏ BAŞ VERİR?
XƏBƏRLƏR

SOCAR "Ai-92" və "Ai-95" markalı benzinlərlə bağlı açıqlama yaydı - NƏ BAŞ VERİR?


2026-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda "Ai-92" və "Ai-95" markalı benzin istehsalı davam etdiriləcək.

Bu barədə Ekologiya.az-ın  sorğusuna cavab olaraq bəzi media resurslarında gələn ildə Heydər Əliyev adına Neft Emalı Zavodunda "Ai-95" markalı benzin istehsalının məhdudlaşdırılacağı ilə bağlı dərc olunan məlumatlara aydınlıq gətirilərkən bildirilib.

Məlumatda deyilir ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda tətbiq olunan istehsal prosesləri çərçivəsində Avropa standartlarına ("Avro-5") uyğun "Ai-92" və "Ai-95" markalı benzin istehsalı həyata keçirilir.

Qeyd edilib ki, zavodda tətbiq olunan müasir texnologiyalar və yenilənmiş istehsal infrastrukturu istehlakçılara yüksək keyfiyyətli və ekoloji standartlara cavab verən yanacaq təqdim edilməsinə imkan yaradır.(Report)


Paylaş:
Tam mətni oxu →