Tam versiya
Ana səhifə XƏBƏRLƏR Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında daha da güclənib
XƏBƏRLƏR

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında daha da güclənib


Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında saniyədə 28 metrədək güclənib.


Xidmətdən Ekologiya.az-a verilən məlumata görə, Qusar (Ləzə), Qəbələ, Altıağac, Sarıbaş (Qax), Quba, Kişçay (Şəki), Şahdağ, Qrız, Gədəbəy, Daşkəsən, Göygöl, Yardımlı, Lerik, Qobustan, Şamaxıda qar, Ağdam, Goranboy, Zərdab, Naftalan, Hacıqabul, Şəmkir, Zaqatala, Göyçay, Lənkəran, Yevlax, Şəki, Kürdəmir, Naxçıvan, Şahbuz, Culfa, Astara, Balakən, Ağstafa, Oğuz, Mingəçevir, İsmayıllı, Tərtər, Sabirabad, Beyləqan, Pirallahıda yağış yağıb.

Bakıda və Abşeron yarımadasında və bölgələrdə yanvarın 23-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.


Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək.

Paylaş:
Tam mətni oxu →