Tam versiya
Ana səhifə XƏBƏRLƏR Türkiyədə ard-arda GÜCLÜ ZƏLZƏLƏLƏR baş verib
XƏBƏRLƏR

Türkiyədə ard-arda GÜCLÜ ZƏLZƏLƏLƏR baş verib


Bu səhər Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda qısa zaman aralığında üç zəlzələ baş verib. Yeraltı təkanlar Bakı vaxtı ilə saat 07:16, 07:20 və 07:21-də müşahidə olunub.

Ekologiya.az xəbər verir ki, AFAD-ın (Türkiyə Fövqəladə Halların İdarəedilməsi Agentliyi) məlumatına görə, zəlzələlərdən ən güclüsünün maqnitudası 4,8, digərlərinin isə 4,2 olub. Yeraltı təkanların ocağı 12,31, 7,89 və 7 kilometr dərinlikdə yerləşib.

Hazırda bölgədə zərər və tələfatla bağlı məlumat verilmir. Rəsmilər ehtiyat tədbirlərinin görüldüyünü və vəziyyətin nəzarətdə saxlanıldığını bildiriblər.

Paylaş:
Tam mətni oxu →