“II Yaşıl düşüncə maarifləndirmə proqramı”nın iştirakçıları Milli Hidrometeorologiya Xidmətində ekskursiyada olublar
Gənclərin ekoloji savadlılığını artırmaq, təbiət elmlərinə maraqlarını təşviq etmək və iqlim prosesləri barədə praktiki biliklərini dərinləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində iştirakçılar üçün Milli Hidrometeorologiya Xidmətinə maarifləndirici ekskursiya təşkil edilib.