Tam versiya
Ana səhifə XƏBƏRLƏR Noyabrın 16-sı axşamdan 17-si gündüzədək hava şəraiti yağıntılı olacaq - XƏBƏRDARLIQ
XƏBƏRLƏR

Noyabrın 16-sı axşamdan 17-si gündüzədək hava şəraiti yağıntılı olacaq - XƏBƏRDARLIQ


Noyabrın 16-sı axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 17-si gündüzədək hava şəraitinin respublikanın bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Paylaş:
Tam mətni oxu →