Ana səhifə›
XƏBƏRLƏR
›
Bakıya bu gecədən güclü qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
XƏBƏRLƏR
Bakıya bu gecədən güclü qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Ekologiya
AMP
Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Havanın temperaturu gecə və gündüz 1° şaxtadan 2°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 12-17° şaxta, gündüz 5-10° şaxta olacaq.Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.Ekologiya.az