XƏBƏRLƏR
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış olub, üç nəfər xəsarət alıb.Ekologiya.az xəbər verir ki, Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Elçin Babayev “sol əlin kəsilmiş yarası”, 2001-ci il təvəllüdlü İsmayıl Muradov “alın kəsiyinin çapıq yarası”, 1999-cu il təvəllüdlü Məhəmməd İmanov isə “qulaqda küy” diaqnozu ilə xəstəxanaya qəbul ediliblər. Yaralıların vəziyyəti kafi qiymətləndirilir.Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.Müdafiə Sənayesi Nazirliyindən isə bildirilib ki, yanvarın 23-də Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz zavodu” MMC-də texnoloji proses zamanı istehsalat qəzası baş verib. Qəza nəticəsində zavodun 2 əməkdaşı cızıqlarla müşayiət olunan yüngül xəsarət alıb. İlkin tibbi yardım göstərilən yaralılar dərhal xəstəxanaya çatdırılıb. Ambulator müalicə alan hər iki əməkdaş özlərini yaxşı hiss etdiklərini bildiriblər.***16:30Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində partlayış baş verib.Hadisə Şirvan şəhərindəki “Araz” zavodunda qeydə alınıb.Faktla bağlı araşdırma aparılır, ölən və yaralananların olub-olmaması müəyyənləşdirilir.Müdafiə Sənayesi Nazirliyindən “Report”a bildirilib ki, məlumat hazırda dəqiqləşdirilir.
Paylaş:
Tam mətni oxu →