Tam versiya
Ana səhifə XƏBƏRLƏR "Tramvay yolunun çəkilməsi yekun mərhələdədir, sıxlıq azalacaq" - AÇIQLAMA
XƏBƏRLƏR

"Tramvay yolunun çəkilməsi yekun mərhələdədir, sıxlıq azalacaq" - AÇIQLAMA


Moskva prospektindən başlayaraq Sumqayıt istiqamətinə qədər avtobus zolağının genişləndirilməsi sərnişin daşımada rahatlığı artırsa da, şəxsi nəqliyyat sürücüləri arasında narazılıq yaradıb.

 

Yeni tətbiq nəticəsində avtobuslar tıxaclardan kənar, maneəsiz hərəkət edə bildiyi halda, şəxsi avtomobillərlə hərəkət edən sürücülər uzun müddət tıxacda gözləməli olurlar. Yaranan vəziyyət paytaxtdaxili nəqliyyat siyasətinin effektivliyi və ictimai nəqliyyatın prioritetləşdirilməsinin nə qədər məqsədəuyğun olması ilə bağlı sualları gündəmə gətirir.

 

Ekologiya.az bildirir ki, nəqliyyat eksperti İlqar Hüseynli açıqlamasında bildirib ki, avtobus zolaqlarının olması çox yaxşıdır. Onun sözlərinə görə, dünya praktikasında da böyük şəhərlərdə, meqapolislərdə belə avtobus zolaqları mövcuddur:

 

“Çünki ictimai nəqliyyat o deməkdir ki, əhalinin maddi imkanı aşağı olan təbəqə bu xidmətlərdən istifadə edir. İşə tez çatmaq üçün bu, etibarlı nəqliyyat mexanizmidir. İctimai nəqliyyat bu baxımdan digər nəqliyyat vasitələrinin istifadə etdiyi yollardan daha azad şəkildə hərəkət edir. Bu isə elə həyata keçirilməlidir ki, digər problemlərə yol açmasın".

 

Ekspert qeyd edib ki, bu, ümumi nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqlarda sıxlığa və tıxacların yaranmasına səbəb olur, amma bir məsələ də var:

 

“Bakı şəhərində normadan artıq şəxsi nəqliyyat vasitələrindən istifadə olunur. İctimai nəqliyyatdan istifadə demək olar ki, təşviq edilmir. Əgər biz ictimai nəqliyyatda yaxşı nəticə əldə etsək, yalnız yerüstü nəqliyyat yox, yeraltı nəqliyyat, elektrik qatarları bir-biri ilə güclü şəkildə inteqrasiya olunsa, o zaman vətəndaş da öz şəxsi nəqliyyat vasitəsindən daha çox ictimai nəqliyyata üstünlük verəcək. Bu, Bakı şəhərinin daxilində ictimai nəqliyyat yükünün qismən də olsa azalmasına imkan yarada bilər”.

 

Müsahibimiz bildirib ki, istər Moskva prospektində, istər Sumqayıt istiqamətində bu problemlər yaşanır və bu ərazilərdə infrastruktur imkanları genişləndirilməlidir:

 

“Əlavə zolaqlar və dünya praktikasında tətbiq olunan vasitələrdən istifadə olunmalıdır. Belə bir qərar qəbul edilib ki, Fatmayı və “Sea Breeze” istiqamətindən, Binəqədi ərazisindən keçməklə 28 May metrosuna qədər tramvayların çəkilməsi ilə bağlı sənədləşmə yekun mərhələdədir. Əgər bu baş tutarsa, düşünmürəm ki, Binəqədidən 28 Maya gedən biri digər nəqliyyat vasitələrindən istifadə etsin, tramvaya üstünlük veriləcək”.

 

Ekspert vurğulayıb ki, ictimai nəqliyyatın belə inteqrasiyası həm də şəhərin yükünü azaldacaq. Çünki əhali daha çox ictimai nəqliyyata üstünlük verəcək.

Paylaş:
Tam mətni oxu →