Tam versiya
Ana səhifə XƏBƏRLƏR Bakı yollarında qarla bağlı hazırlıqlar görülür (FOTO)
XƏBƏRLƏR

Bakı yollarında qarla bağlı hazırlıqlar görülür (FOTO)


Bakıda yollar qara hazırlanır.

Ekologiya.az xəbər verir ki, hava şəraiti nəzərə alınaraq avtomobil yollarında yarana biləcək hər-hansı problemin qısa müddət ərzində aradan qaldırmaq üçün yol qovşaqlarına duz ehtiyatı yığılıb.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında yanvarın 24-ü axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yanvarın 24-25-də Bakı və Abşeron yarımadasında havanın minimal temperaturunun 0 dərəcədən 2 dərəcəyədək şaxta olacağı gözlənilir.

Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yanvarın 24-də yollarda görünüş məsafəsinin məhdudlaşacağı, yanvarın 24-25-də gecə və səhər şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı ehtimalı var.



Paylaş:
Tam mətni oxu →