Tam versiya
Ana səhifə XƏBƏRLƏR Sabah Bakıya intensiv qar yağacaq, güçlü külək əsəcək - PROQNOZ
XƏBƏRLƏR

Sabah Bakıya intensiv qar yağacaq, güçlü külək əsəcək - PROQNOZ


Bakıda və Abşeron yarımadasında sabah arabir sulu qar, qar yağacağı gözlənilir.

Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 1° şaxtadan 2°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında yanvarın 24-də bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 12-17° şaxta, gündüz 5-10° şaxta olacaq.

Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

Paylaş:
Tam mətni oxu →