• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ​Daxili İşlər Nazirliyinin sahibkarlar üçün “qaynar xətti” fəaliyyətə başlayıb

    04

    dek

    ​Daxili İşlər Nazirliyinin sahibkarlar üçün “qaynar xətti” fəaliyyətə başlayıb

    Ekologiya.az xəbər verir ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar polis hansısa problem yaradarsa, vətəndaşlar “1002” qısa nömrəsinə zəng vurmaqla hüquq-mühafizə orqanının həmin işçisindən və ya işçilərindən şikayət edə bilər.
    Qeyd edək ki, xidməti zərurətlə əlaqədar olaraq “1002” qısa nömrəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən DİN-ə ayrılıb. Bunun tətbiqi ölkənin bütün operatorları üçün məcburidir. Azərbaycandakı mobil operatorlar arasında “1002” qısa nömrəsindən daha çox “Azercell” abunəçiləri istifadə edirdi. Bundan sonra “Azercell”in fakturasız (SimSim) xətt sistemindən istifadə edən abunəçiləri balans öyrənmə xidməti üçün “1002” qısa nömrəsi əvəzinə “2112” qısa nömrəsi yığmalıdır.



    Tarix : 4-12-2025, 10:16 | Oxunub: 2 488