Tam versiya
Ana səhifə XƏBƏRLƏR Qarlı hava şəraiti Cəlilabadda nəqliyyatın hərəkətini iflic edib
XƏBƏRLƏR

Qarlı hava şəraiti Cəlilabadda nəqliyyatın hərəkətini iflic edib


Qarlı hava şəraiti Cəlilabad rayonunda nəqliyyatın hərəkətində qismən problemlər yaradıb.

"Report"un Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarından yağmağa başlayan qar nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolunun Cəlilabadın dağlıq kəndləri olan Musalı, Ləkin, Əsədli, Şatırlı, Buravardan keçən hissəsində nəqliyyatın hərəkəti çətinləşib.

Hazırda sözügedən yol ağır texnikalar tərəfindən qar örtüyündən təmizlənir.

Cəlilabad rayonunun dağlıq kəndlərində qar yağmaqda davam edir.

Paylaş:
Tam mətni oxu →