Azərbaycanda güclü və dağıdıcı zəlzələ olacaq? - Ekspertdən ŞOK PROQNOZ
“Sadəcə olaraq 3,5 baldan yuxarı olduqda insanlar bunu hiss etməyə başlayır. Bunlar dağıdıcı zəlzələlər deyil. Azərbaycan ərazisində dağıdıcı zəlzələ baş verə bilər, çünki biz Ərəbistan platforması üzərində yerləşirik. Türkiyədə böyük zəlzələlər oldu və bu proses bizə də təsirsiz ötüşmür. Amma yaxın vaxtlarda dağıdıcı zəlzələ gözlənilmir,” – deyə o, bildirib.
“Binalarımız davamlıdır, ölümlə nəticələnən hallar gözlənilmir. Bir neçə il əvvəl Zaqatalada, Şamaxıda zəlzələlər oldu, lakin böyük itkilər yaşanmadı,” – ekoloq əlavə edib.
“ Lakin hər hansı bir ani zəlzələdən insanlar küçəyə tökülür, öz nəqliyat vasitələri ilə şəhərfən kənara çıxmaq istəyirlər. Yol-nəqliyat infrastrukturu düzgün qurulmadığından hər hansı bir fövqəladə halda insanlar yollarda yaralana, basabasda həyatlarını itirə bilərlər. Bakı şəhərində bunu mütləq aradan qaldırma yolları düşünülməlidir”.