Tam versiya
Ana səhifə XƏBƏRLƏR Bakıda səkiyə çirkab suyu axır - İyrənc vəziyyət yaranıb - FOTO
XƏBƏRLƏR

Bakıda səkiyə çirkab suyu axır - İyrənc vəziyyət yaranıb - FOTO


Bakıda çirkab suyu səkiyə və yola axır.

Binəqədi şosesi, II mədən küçəsində səkidən çirkab suları yola axdığı üçün iyrənc vəziyyət yaranıb.

Üfunət iyi yayılması ilə bərabər, səkidə ayaq basmağa yer qalmayıb. Sakinlər insan tullantılarına basmamaq üçün səkidə hərəkət edə bilmirlər, yola çıxmalı olurlar. Bu da təhlükəli vəziyyət yaradır.

Qeyd edək ki, sözügedən ərazidə mövcud vəziyyət demək olar ki, hər həftə təkrarlanır. Burada kanalizasiya xəttinin mövcud olmaması vəziyyəti daha da qəlizləşdirir.

Xatırladaq ki, Binəqədi şosesində kanalizasiya xəttinin çəkilişlərinə görə 6 ay yolun bir hissəsi bağlı olub./Milli.az/

Paylaş:
Tam mətni oxu →