Müşahidə olunan və gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Hazırda Bakıda və Abşeron yarımadasında qar yağır, axşama doğru tədricən kəsiləcək.
Havanın temperaturu hazırda 1 dərəcəyədək isti qeydə alınır, axşam saatlarında 0 dərəcəyə yaxın olacaq. Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yollarda görünüş məsafəsinin məhdudlaşacağı, gecə və səhər saatlarında şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı ehtimal olunur.