Böyük Çillə gecəsi niyə müqəddəs sayılır? Unudulan inanclar
Bu gecənin əsas atributlarından biri zəngin və rəmzi məna daşıyan süfrələrdir. Süfrələrə əsasən payızdan saxlanılan təbii nemətlər düzülür. Quru və yaş meyvələr, xüsusilə nar, alma, armud, heyva, qoz-fındıq bolluq və ruzi rəmzi kimi süfrədə yer alır. Şirniyyatlardan paxlava, qoğal, nəzik, qatlama, fəsəli həm bayram əhval-ruhiyyəsini artırır, həm də gələcək ilin şirin və bərəkətli olması arzusu ilə bişirilir.
Böyük Çillə gecəsi yalnız süfrə və hədiyyələrlə məhdudlaşmır. Bu gecə xalq yaradıcılığı, oyunlar və mərasimlərlə zəngin olur. Kənd yerlərində Kos-Kosa, qapı dinləmə kimi oyunlar oynanılır, gənclər və uşaqlar bu mərasimlərdə böyük həvəslə iştirak edirlər.
Bəxt açma mərasimi xüsusilə subay qızlar arasında geniş yayılıb və gələcək ailə həyatı ilə bağlı ümid və arzular bu mərasimdə ifadə olunur. Nənə və babaların uşaqlara nağıllar danışması, bilməcələr deməsi isə ailədaxili bağları möhkəmləndirən, xalq yaddaşını yaşadan xüsusi anlardır.
Bu gecə bişirilən düyü plovu da xüsusi inancla əlaqələndirilir. Deyilənə görə, çillə gecəsi bişirilən plov bütün çillələr boyunca ailəyə xoşbəxtlik və bərəkət gətirir. Gecə boyu mahnılar oxunur, zarafatlar edilir, insanlar qışın sərtliyinə baxmayaraq bayram əhval-ruhiyyəsi ilə gecəni yola salırlar.
Paylaş:
Tam mətni oxu →