Ana səhifə›
XƏBƏRLƏR
›
Bakıda dəmir yolu stansiyasında zəncirvari qəza: Qanunsuz park edilmiş avtomobil qatarla toqquşub
XƏBƏRLƏR
Bakıda dəmir yolu stansiyasında zəncirvari qəza: Qanunsuz park edilmiş avtomobil qatarla toqquşub
Ekologiya
AMP
"Azərbaycan Dəmir Yolları "QSC -yə (ADY) məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 dövlət nömrə nişanlı avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.Bu barədə "Report"a ADY-dən bildirilib.Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb."ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır", - deyə məlumatda qeyd olunub.