Günlərlə QAR YAĞACAQ, temperatur 10 dərəcə düşəcək – BAKIDA isə…
Meteoroloqlar bildirirlər ki, Türkiyədə müşahidə olunan kəskin soyuqlar və şimal-şərq istiqamətli hava axınları qismən Cənubi Qafqaza da təsir edə bilər. Soyuq hava kütlələrinin hərəkəti fonunda Azərbaycanın şimal və qərb bölgələrində temperaturun bir neçə dərəcə enəcəyi, küləyin isə güclənəcəyi istisna edilmir.
Bakı və Abşeron yarımadasında isə hava şəraitinin daha dəyişkən olacağı, şimal küləklərinin sürətinin artacağı, gecə və səhər saatlarında temperaturun aşağı düşəcəyi ehtimal olunur. Lakin hazırkı proqnozlara əsasən, Türkiyədəki qədər kəskin soyuma və intensiv yağıntılar Bakıda gözlənilmir.
Onu da xatırladaq ki, beynəlxalq hava proqnozu platforması olan “Accuweather”in açıqlamasına əsasən, Bakıya ilk qarın 2026-cı ilin fevralında düşəcəyi ehtimal olunur. Qeyd edilir ki, fevralın 15, 16, 18, 19, 20 və 22-də qarla müşahidə olunan hava şəraiti mümkündür.