Tam versiya
Ana səhifə XƏBƏRLƏR Qarabağ və Şərqi Zəngəzur bölgəsində ən çox qar Laçına yağıb
XƏBƏRLƏR

Qarabağ və Şərqi Zəngəzur bölgəsində ən çox qar Laçına yağıb


Yanvarın 23-də axşam saatlarından başlayaraq ölkə ərazisində olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur bölgəsinə də qar yağıb.


Tərtərdə yerləşən Qarabağ Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ən çox qar Laçın və Kəlbəcər rayonları ərazisinə, həmçinin Şuşa şəhərinə yağıb. 


Laçın rayonunun Qorçu kəndində qarın hündürlüyü 40 santimetrə çatıb. Qarın hündürlüyü Ağdam rayonunun Quzanlı qəsəbəsində 3, Bərdə şəhərində 2, Tərtər şəhərində isə 7 santimetrdir.

Paylaş:
Tam mətni oxu →