Cənubi Qafqazın yeni xəritəsi: Bakı rəqabəti əməkdaşlığa çevirir
Bu strategiya Bakının çoxvektorlu xarici siyasətinə tam uyğundur. Bakı yürütdüyü bu siyasətlə heç bir güc mərkəzinə bağlanmamaq, regional ölkələri tranzit və ticarət maraqları ətrafında birləşdirmək, münaqişə risklərini iqtisadi inteqrasiya ilə neytrallaşdırmaq. Məhz bu yanaşma Cənubi Qafqazda “sülh + inkişaf” modelinin əsasını təşkil edir.
Bu səbəbdən bəzi güclər sülh proseslərini ləngitməyə, dezinformasiya və hibrid təsir alətlərindən istifadə etməyə, yeni əməkdaşlıq formatlarının formalaşmasına süni maneələr yaratmağa çalışırlar.
Bu, faktiki olaraq strateji balans axtarışıdır. Lakin balansın real dayağı təhlükəsizlik deyil, iqtisadi inteqrasiya və regional əməkdaşlıqdır.
Bu nöqtədə Ermənistan üçün Bakı ilə əməkdaşlıq alternativsiz seçimə çevrilir. Çünki nə Aİ, nə Rusiya, nə də digər güclər Ermənistanı regional kommunikasiyalar olmadan dayanıqlı inkişaf yoluna çıxara bilməz.
Azərbaycanın üstünlüyü ondadır ki, Bakı sülhü ritorika yox, praktik mexanizmlər üzərindən qurur, dəhlizləri siyasi rıçaq yox, ortaq qazanc platforması kimi təqdim edir. Cənubi Qafqazı rəqib güclərin toqquşma zonası deyil, əməkdaşlıq məkanı kimi formalaşdırmaq istəyir.
Mövcud proseslər göstərir ki, Bakı ikinci ssenarinin əsas memarıdır. ABŞ-dan gələn müsbət siqnallar, Ermənistanın məcburi reallıqla üzləşməsi və nəqliyyat dəhlizlərinin qaçılmazlığı fonunda Cənubi Qafqazın 2026-cı ilə tamamilə fərqli siyasi-iqtisadi konfiqurasiyada daxil olması real görünür.
Paylaş:
Tam mətni oxu →