• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabah 10 dərəcə şaxta olacaq - Yollar buz BAĞLAYACAQ

    04

    yan

    Sabah 10 dərəcə şaxta olacaq - Yollar buz BAĞLAYACAQ

    Yanvarın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

    Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Havanın temperaturu gecə 1-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 55-65 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.

    Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

    Tarix : 4-01-2026, 13:27 | Oxunub: 1 952